Xəzər Xəbər

“Real Madrid” çempionluq yolunda vacib qələbə qazanıb

İdman | 09:17 • 25 İyun 2020
“Real Madrid” çempionluq yolunda vacib qələbə qazanıb

İyunun 24-də futbol üzrə İspaniya La Liqasının 31-ci turun növbəti oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Alfredo Di Stefano” stadionunda baş tutan görüşdə "Real Madrid” klubu "Malyorka” komandasını qəbul edib.


Görüş Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


"Kral” klubunun heyətində Vinisius Junior və Serxio Ramos fərqləniblər.


Bu qələbədən sonra xal ehtiyatını 68-ə çatdıran "Real Madrid” liderliyini davam etdirir. "Malyorka” isə 26 xalla 18-ci yerdə qərarlaşıb.


Günün digər oyunlarında "Deportivo Alaves” öz meydanında "Osasuna”ya, "Real Sosyedad” isə "Selta Viqo”ya minimal hesabla (1:0) uduzub.

Xəbər lenti