Xəzər Xəbər

İngiltərə Premyer Liqasının 31-ci turun bir neçə oyunu keçirilib - NƏTİCƏLƏR

İdman | 09:10 • 25 İyun 2020
İngiltərə Premyer Liqasının 31-ci turun bir neçə oyunu keçirilib -

İyunun 24-də futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turun bir neçə oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, turnir cədvəlinin lideri "Liverpul” öz meydanında "Kristal Palas” komandasını qəbul edib.


Görüş Mersesayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.


"Liverpul”un heyətində Trend Aleksander-Arnold, Məhəmməd Salah, Fabinyo və Sadio Mane fərqləniblər.


Bu qələbədən sonra xal ehtiyatını 86-a çatdıran "Liverpul” liderliyini davam etdirir. "Kristal Palas” isə 42 xalla 9-cü yerdə qərarlaşıb.


Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:


"Manmester Yunayted” - "Şeffild Yunayted” - 3:0;


"Nyukasl Yunayted” - "Aston Villa” - 1:1;


"Norviç Siti” - "Everton” - 0:1;


"Volverhemton” - "Bormunt” - 1:0.

Xəbər lenti