Xəzər Xəbər

"Vulverhempton" daha bir hücumçusu ilə yolları ayırdı

İdman | 14:40 • 24 İyun 2020
"Vulverhempton" daha bir hücumçusu ilə yolları ayırdı

İngiltərənin "Vulverhempton" hücumçusu Leo Bonatini ilə yolları ayırmağa qərar verib.


Hazırda icarə əsasında "Gimaraeş"də çıxış edən braziliyalı forvardı Portuqaliya klubu saxlamaq niyyətində deyil. Premyer Liqa təmsilçisinin baş məşqçisi Nuno Eşpirito Santo da 26 yaşlı oyunçunun qaytarılmasını istəmir.



Portuqaliyalı mütəxəssis gələn mövsüm ixtiyarında 3 ön xətt oyunçunun - Raul Ximenes, həmçinin Azərbaycan millisinin hücumçusu Renat Dadaşov və Leonardo Kampanya olmasını qətiləşdirib. 


Qeyd edək ki, "Vulverhempton" hazırda 46 xalla Premyer Liqada 6-cı pillədədir./Offsideplus.az

Xəbər lenti