Xəzər Xəbər

Fransa klubu baş məşqçi ilə yollarını ayırıb

İdman | 12:19 • 24 İyun 2020
Fransa klubu baş məşqçi ilə yollarını ayırıb

Fransa Liqa1-də baş məşqçi istefası gerçəkləşib.


"Nim” klubu çalışdırıcısı Bernar Blakerlə yollarını ayırıb.


62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Yeni baş məşqçinin təyinatına qədər komandaya Jerom Arpino rəhbərlik edəcək.


Blaker 2015-ci ildən 2020-ci ilədək "Nim”ə rəhbərlik edib. Bu müddətdə 175 matça çıxan komanda 75 qələbə qazanıb.


Qeyd edək ki, yarımçıq başa çatan 2019/20 mövsümündə Blakerin yetirmələri 18-ci yeri tutub.

Xəbər lenti