Xəzər Xəbər

“Keşlə” monteneqrolu futbolçusu ilə müqavilənin müddətini uzadıb

İdman | 09:32 • 24 İyun 2020
“Keşlə” monteneqrolu futbolçusu ilə müqavilənin müddətini uzadıb

Bakının "Keşlə" futbol klubu oyunçusu ilə müqaviləni yeniləyib.


Xezerxeber.az klubun saytına istinadla xəbər verir ki, paytaxt klubu Miyuşko Boyoviçlə sözləşməni uzadıb. Monteneqrolu müdafiəçi ilə yeni bir illik müqavilə imzalanıb.


Xatırladaq ki, "Keşlə”də daha öncə Azər Salahlı, Vüsal İsgəndərli, Tərlan Quliyev və Ruslan Əmircanovla da 1 illik müqavilə imzalamışdı. Paytaxt klubu "Neftçi”dən ayrılan Tural Axundovu da transfer edib. Əvəzində Ruslan Qurbanov, Cabir Əmirli və kapitan Slavik Alxasovla yollar ayrılıb.

Xəbər lenti