Xəzər Xəbər

“Barselona” öz meydanında “Atletik Bilbao” komandasını məğlub edib

İdman | 09:22 • 24 İyun 2020
“Barselona” öz meydanında “Atletik Bilbao” komandasını məğlub edib

İyunun 23-də futbol üzrə İspaniya Liqasının 31-ci turunun növbəti oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan "Barselona” öz meydanında "Atletik Bilbao” komandasını qəbul edib.


Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Oyunda yeganə qolun müəllifi 74-ci dəqiqədə İvan Rakitiç olub. O, Lionel Messinin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.


Bu qələbədən sonra xal ehtiyatını 68-ə çatdıran Kataloniya təmsilçisi turnir cədvəlində müvəqqəti olsa da birinci pilləyə yüksəlib. Bir oyun az keçirən "Real Madrid” 65 xalla ikinci yerdədir.


"Atletik Bilbao" (42 xal) 10-ci yerdə qərarlaşıb.

Xəbər lenti