Xəzər Xəbər

“Napoli” səfərdə iki cavabsız qolla qələbə qazanıb

İdman | 09:13 • 24 İyun 2020
“Napoli” səfərdə iki cavabsız qolla qələbə qazanıb

İyunun 23-də futbol üzrə İtaliya A Seriyasının 27-ci turunun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Mark - Antonio Benteqodi” stadionunda keçirilən görüşdə "Verona” klubu "Napoli” komandasını qəbul edib.


Qarşılaşmada ilk qolun müəllifi polşalı hücumçu Arkadiuş Milik olub. O, 38-ci dəqiqədə komandasını önə çıxardıb. Görüşün 90-cı dəqiqəsində digər hücumçu İrvin Losano qonaqların hesabdakı üstünlüyünü artırıb. Görüş 2:0 Neapol təmsilçisinin xeyrinə başa çatıb.


"Napoli" 42 xal toplayaraq İtaliya çempionatının yarış cədvəlində 7-ci yeri tutur. "Verona" (38 xal) 8-ci yerdə qərarlaşıb.

Xəbər lenti