Xəzər Xəbər

“Atletiko Madrid” qələbə qazanaraq üçüncü yerə yüksəlib

İdman | 09:12 • 24 İyun 2020
“Atletiko Madrid” qələbə qazanaraq üçüncü yerə yüksəlib

İyunun 23-də futbol üzrə İspaniya La Liqasının 31-ci turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, çempionatın favoritlərindən sayılan "Atletiko Madrid” səfərdə "Levante”nin qonağı olub. Görüş Madrid təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunun taleyin həll edən qol matçın 15-ci dəqiqəsində vurulub. Dieqo Kostanın zərbəsindən sonra top "Levante”nin futbolçusu Bruno Qonsalesin ayağına dəyərək qapıdan keçib. Bu qələbədən sonra "Atletiko Madrid” xal ehtiyatını 55-ə çatdıraraq turnir cədvəlində üçüncü yerə yüksəlib. "Levante” isə 38 xalla 11-ci yerdə qərarlaşıb.


Növbəti turda "Atletiko Madrid” səfərdə "Barselona”nın qonağı olacaq. "Levante” isə öz meydanında "Real Betis” klubunu qəbul edəcək.

Xəbər lenti