Xəzər Xəbər

Ronaldo daha bir rekorda imza atdı

İdman | 13:12 • 23 İyun 2020
Ronaldo daha bir rekorda imza atdı

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Xezerxeber.az-ın məlumatına görə, "Yuventus”un hücumçusu ötən gün "Bolonya”ya qol vurmaqla İtaliya çempionatında qolların sayını 43-ə çatdırıb.

Bununla da o, İtliyada ən çox qol vurmuş portuqaliyalı futbolçu olub. İndiyədək bu adı 42 qolla Ruy Koşta daşıyırdı. O, 1994-2006-cı illərdə "Fiorentina” və "Milan”da iştirak edib.

Qeyd edək ki, "Yuventus” ötən gün "Bolonya”nı 2-0 hesabı ilə məğlub edib.

Xəbər lenti