Xəzər Xəbər

Alimlər Messi ilə Ronaldonun gücünü araşdırdı, 2 qat fərq ortaya çıxdı

İdman | 16:20 • 11 İyun 2020
Alimlər Messi ilə Ronaldonun gücünü araşdırdı, 2 qat fərq ortaya çıxdı

Hollandiyanın "SciSports" informasiya şirkəti Belçikanın Levena Universiteti ilə birlikdə "Barselona" nın hücumçusu Lionel Messi və "Yuventus" un futbolçusu Kristiano Ronaldonun oyun keyfiyyətlərini araşdırıb.

Araşdırma nəticəsində argentinalının oyun keyfiyyətlərinə görə portuqal rəqibini iki dəfə üstələdiyi ortaya çıxıb.

Tədqiqat, oyun parametrlərinə əsaslanan imkanların qiymətləndirilməsi prinsipi əsasında aparılıb. Futbolçunun oyun zamanı etdiyi bütün hərəkətlər və görüşün nəticəsinə təsiri xüsusi qiymətləndirilib. Messinin nəticəsi 1,21 balla qiymətləndirilib. Ronaldoya isə 0,61 bal verilib.

Messi topla daha çox oynayır, daha çox qol epizodları yaradır, eyni zamanda matçın nəticəsinə Ronaldodan daha çox təsir göstərir./Offsideplus.az

Xəbər lenti