Xəzər Xəbər

Ronaldinyo ev həbsindən danışdı: "Hər gün idman edirik"

İdman | 16:26 • 10 İyun 2020
Ronaldinyo ev həbsindən danışdı:

Ronaldinyo artıq bir müddətdi ev həbsindədi.


Ulduz futbolçu "Mundo Deportivo"ya açıqlamasında ev dustaqlığını neçə keçirdiyindən danışıb:


"Oteldə bizimlə əla davranırlar. Hər şey yaxşı təşkil olunub. Biz çox sakitik, artıq 60 gün geridə qalıb. Evlərindən çıxa bilməyən insanlar alışdığımız şeyləri birdən-birə etməməyin necə bir şey olduğunu artıq başa düşürlər. Məncə, hazırkı çətin period bitdikdən sonra belə, bu hiss uzun müddət bizimlə qalacaq.


Demək olar ki, hər gün idmanla məşğul oluruq. Burada idman zalı və sırf bizim üçün uyğunlaşdırılmış otaq var".


Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Paraqvaya saxta pasportla daxil olmağa çalışarkən saxlanılmışdılar. Aprelin 9-da onlar 1,6 milyon dollar girov müqabilində həbsxanadan buraxılmışdılar. Ronaldinyo ev həbsini Asunsyon şəhərinin mərkəzində yerləşən "Palmaroqa" otelində keçirir.


Fanat.Az

Xəbər lenti