Xəzər Xəbər

Çempionlar Liqası qayıdır: Tarixlər və məkan bəllidi

İdman | 16:22 • 10 İyun 2020
Çempionlar Liqası qayıdır:

UEFA növbəti həftə Çempionlar Liqasının gələcəyi ilə bağlı qərarını açıqlayacaq.


AS xəbər verir ki, qurum ÇL-in həlledici etaplarının Lissabon şəhərində keçirilməsinə dair qərar qəbul edib. Portuqaliya paytaxtının Moskva və Frankfurtla mübarizədən qalib ayrıldığı bildirilir.


1/8 finalın qalan cavab görüşlərinin 8-9 avqust tarixlərində oynanılacağı gözlənilir. Ardınca 12 avqustda Lissabonda mini-turnirə start veriləcək. 8 komanda bir oyundan ibarət pley-off matçlarında qüvvəsini sınayacaq. Yarımfinal mərhələsi də eyni formada oynanılacaq. Qarşılaşmalar "Joze Alvalade" və "Eştadiu da Luş" arenalarında keçiriləcək və azarkeşlər tribunalara buraxılmayacaq.


PSJ, "Atletiko", "Atalanta" və "Layptsiq" artıq 1/4 finala yüksəliblər. Digər 4 komandanın adına isə "Mançester Siti" - "Real" (ilk görüş - 2:1), "Bavariya" - "Çelsi" (ilk görüş - 3:0), "Yuventus" - "Lion" (ilk görüş - 0:1) və "Barselona" - "Napoli" (ilk görüş - 1:1) oyunlarından sonra aydınlıq gələcək.


Xəbərdə Avropa Liqasının keçirilmə formatı ilə bağlı hələ də qeyri-müəyyənlik olduğu qeyd edilib.


Fanat.Az

Xəbər lenti