Xəzər Xəbər

Ronaldo "Yuventus"u tərk edə bilər

İdman | 09:53 • 10 İyun 2020
Ronaldo "Yuventus"u tərk edə bilər

İtaliyanın "Yuventus" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo klubunu dəyişə bilər.


Bu barədə öz "Twitter" səhifəsində jurnalist və insayder Pyetro Baltsano yazıb.


P.Baltsano bildirib: "Deyiləni təsdiq edirəm: mövsümün sonunda "Yuventus" və "Ronaldo"nun yolları ayrıla bilər. Demək istəyirəm ki, bu hələ şayiədir, konkret xəbər deyil, lakin mən bunun üzərində işləyirəm".


Qeyd edək ki, cari mövsümdə K.Ronaldo "Yuventus"un heyətində Seriya A-nın 22 oyununda iştirak edib, 21 qol vurub və 3 qolla nəticələnən ötürmə edib.

Xəbər lenti