Xəzər Xəbər

Kapitan PSJ-ni tərk edir - idman direktoru açıqladı

İdman | 18:12 • 9 İyun 2020
Kapitan PSJ-ni tərk edir - idman direktoru açıqladı

PSJ kapitanı Tyaqo Silva ilə yollarını ayıracaq.

Braziliyalı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayacaq. Bu barədə Paris təmsilçisinin idman direktoru Leonardo məlumat verib: "Silva iyunun 30-da başa çatacaq müqaviləsini uzatmayacaq və o, klubdan ayrılacaq".

PSJ Silvanı 2012-ci ildə "Milan"dan 42 milyon avroya transfer edib. 35 yaşlı müdafiəçi bu mövsüm 30 oyunda 1 qol vurub, 1 assist edib.

Xəbər lenti