Xəzər Xəbər

Dibala "Barselona"da oynamaq istəyir

İdman | 17:07 • 9 İyun 2020
Dibala "Barselona"da oynamaq istəyir

"Yuventus"un hücumçusu Paulo Dibala "Barselona" barəsində fikirlərini bölüşüb.


Dibala CNN-ə açıqlamasında qeyd edib:


"Həqiqətən də, "Barselona" böyük, dünya səviyyəli komandadı. Messi ilə birlikdə daha da önəm qazanırlar. "Barselona"da oynamaq gözəl olardı. Amma "Yuventus" da inanılmaz klubdu. "Yuve" zəngin tarixə sahibdi. Hazırda komandada böyük oyunçular çıxış edir".


Argentinalı futbolçu 2015-ci ildə 40 milyon avro qarşılığında "Palermo"dan "Yuventus"a transfer olub. Cari mövsümdə A Seriyasında 24 matçda meydana çıxan Dibala 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Fanat.Az

Xəbər lenti