"Qalatasaray"ın yarımmüdafiəçisi Yunes Belhanda karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Jurnalist Nikolo Skiran "Twitter" hesabında xəbər verir ki, "Əl-Hilal" Belhandanı heyətinə qatmaq istəyir. Hazırda tərəflər arasında danışıqlar gedir.
"Əl-Hilal" "Qalatasaray"a 5 milyon avro təklif edib. Mərakeşli futbolçu sözügedən klubla 3 illik müqavilə bağlamağa hazırdı.
Belhanda 2017-ci ildən "Qalatasaray"da çıxış edir.
Fanat.Az