Xəzər Xəbər

PSJ istəyir, "Milan" satmır

İdman | 16:56 • 9 İyun 2020
PSJ istəyir, "Milan" satmır

İsmael Bennaser növbəti mövsümü də "Milan"da keçirəcək.


Jurnalist Nikolo Skiranın "Twitter" hesabında xəbər verir ki, "Milan" Bennaserlə yolları ayırmaq niyyətində deyil. Əlcəzairli futbolçunun transferi müzakirə mövzusu deyil. Bennaserin rəhbərliyin "yeni "Milan" layihəsinin təməl parçalarından olacağı bildirilir.


Daha öncə PSJ-nin 22 yaşlı yarımmüdafiəçini transfer etmək istədiyinə dair xəbərlər yayılmışdı.


Fanat.Az

Xəbər lenti