Xəzər Xəbər

La Liqa Luka Yovoviçi cəzalandıra bilər

İdman | 14:43 • 9 İyun 2020
La Liqa Luka Yovoviçi cəzalandıra bilər

"Real Madrid” klubunun serbiyalı futbolçusu Luka Yovoviç növbəti dəfə karantin qaydalarına əməl etməyib.


Xezerxeber.az xəbər verir ki, serbiyalı hücumçu ayağındakı zədəsini sağaltdıqdan sonra dostlarını qonaq çağırıb. Futbolçu, eyni zamanda, bununla bağlı video və fotoşəkilləri sosial şəbəkələrdə yerləşdirib. Karantin qaydalarını əvvəl də pozan L.Yovoviç cəzalandırıla və Serbiyada üç il müddətinə həbs oluna bilər.


Əvvəllər "Sevilya”nın dörd oyunçusu da karantin qaydalarını pozduqları üçün üzr istəməli olmuşdular.


Qeyd edək ki, La Liqa klublar, işçilər və oyunçuların təsdiq edilmiş təhlükəsizlik protokollarına ciddi şəkildə əməl etmələri şərti ilə gələn həftə çempionatı bərpa etmək üçün İspaniya hökumətindən razılıq alıb.


Xəbər lenti