Xəzər Xəbər

"Şalke" Çalhanoğlu ilə 4 illik müqavilə imzaladı

İdman | 14:50 • 9 İyun 2020
"Şalke" Çalhanoğlu ilə 4 illik müqavilə imzaladı

"Hoffenhaym"ın futbolçusu Kerim Çalhanoğlu komandasını dəyişib.

Bu barədə 18 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram" səhifəsində paylaşım edib.

Türkiyəli oyunçu "Şalke"yə keçdiyini bildirib. O, Gelzenkirhen klubu ilə 4 illik müqavilə imzalayıb.

"Hoffenhaym"ın yetirməsi olan Kerim Çalhanoğlu cari mövsüm Almaniyanın U-19 liqasında 18 oyunda meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda İtaliya "Milan"ında çıxış edən Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun əmisioğludur.

Xəbər lenti