Xəzər Xəbər

“Fənərbaxça”nın yeni baş məşqçisi məlum olub

İdman | 10:35 • 9 İyun 2020
“Fənərbaxça”nın yeni baş məşqçisi məlum olub

"Fənərbaxça”nın yeni baş məşqçisinin adı müəyyənləşib.

İstanbul klubunu mövsümün qalan matçlarında Tahir Karapınar çalışdıracaq.

İyunun 12-də bərpa olunacaq Super Liqanın son 8 turunda komandaya rəhbərlik edəcək məşqçi axtarışında olan "sarı-lacivərdlilər” gözlənilmədən 53 yaşlı Karapınarla anlaşıb. Rəhbərliyin onu seçməsinin əsas səbəbi mütəxəssisin "Pro” kateqoriyasının olmasıdır. Eyni zamanda, gələn mövsüm komandaya rəhbərlik edəcək məşqçi axtarışları da davam edir.

Qeyd edək ki, Tahir Karapınar son olaraq 2014-cü ildə "Manisaspor”u çalışdırıb. Həmin vaxta qədər isə yalnız köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

Xəbər lenti

Çox oxunanlar