Xəzər Xəbər

"İnter" Moratanın transferi üçün hərəkətə keçdi

İdman | 18:09 • 8 İyun 2020
"İnter" Moratanın transferi üçün hərəkətə keçdi

"Atletiko"nun hücumçusu Alvaro Morada "İnter"ə transfer ola bilər.

"Tuttosport" xəbər verir ki, Milan təmsilçisi ispan hücumçunu Lautaro Martinesə əvəzləyici kimi baxır. Məlumata görə, "göy-qaralar" Madrid klubu ilə danışığa başlayıb.

"Atletiko" hələ Moratanın transfer hüuquna tam yiyələnməyib. "Hindular" yayda 27 yaşlı hücumçunu "Çelsi"dən birdəfəlik alacaq. Bu keçid "Atletiko"ya ümumilikdə 50 milyon funt-sterlinqə başa gələcək.

Morata daha öncə İtaliyada "Yuventus"un şərəfini qoruyub. O, bu mövsüm 23 oyunda 8 qol vurub, 1 assist edib.

Xəbər lenti