Xəzər Xəbər

Yay transfer pəncərəsi nə vaxt açılacaq? FIFA qərar verir

İdman | 17:58 • 8 İyun 2020
Yay transfer pəncərəsi nə vaxt açılacaq?

FIFA yay transfer dönəmi ilə bağlı qərar verməyə hazırlaşır.

Hər ölkədə mövsümün bitməsinə 4 həftə qalmış transfer pəncərəsi açılacaq. Ancaq müqavilələr 2020/21 mövsümündən qüvvəyə minəcək.

Məlumata görə transfer dönəmi oktyabrın 1-dək davam edəcək. Beləliklə, klublara heyətlərini gücləndirmək üçün ən azı 12 həftə vaxt veriləcək.

Mövsümün erkən başa vurulduğu Fransada iyunun 8-i transfer pəncərəsi açılacaqdı. Lakin FIFA Fransa Futbol Federasiyasına gözləməyi tövsiyə edib.

FIFA transfer pəncərəsi ilə bağlı qərarını tezliklə rəsmi şəkildə açıqlayacaq.

Xəbər lenti