Xəzər Xəbər

“Neftçi”nin "Keşlə" ilə oyununun vaxtı dəyişdirilib

İdman | 12:37 • 8 İyun 2020
“Neftçi”nin "Keşlə" ilə oyununun vaxtı dəyişdirilib

"Neftçi”nin "Keşlə” ilə yoxlama görüşünün vaxtı dəyişdirilib.


Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.


Bildirilib ki, "ağ-qaralar”ın hazırlıq çərçivəsində "Keşlə” ilə iyunun 9-da keçirməsi planlaşdırılan yoxlama matçı bir gün sonraya təxirə salınıb. Qarşılaşma ayın 10-da saat 18:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq.


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu yaşayış yerini tərk etmək qadağasına görə istirahət etmək məcburiyyətində qalan "Neftçi” bu gün axşam məşqləri bərpa edəcək.


Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqanın iyunun 21-də bərpası planlaşdırılır.

Xəbər lenti