Xəzər Xəbər

Amanda Nunes titulunu müdafiə edib

İdman | 15:23 • 7 İyun 2020
Amanda Nunes titulunu müdafiə edib

Braziliyalı Amanda Nunes kanadalı Felicia Spenceri məğlub edərək yarım yüngül çəkidə UFC (Mütləq Döyüş Çempionatı) çempionu titulunu müdafiə edib.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, "UFC 250” turnirinin əsas yarışı olan bu döyüş Las-Veqasda koronavirus pandemiyası səbəbindən boş tribunalarda keçirilib.

Braziliyalı 32 yaşlı döyüşçü, eyni zamanda, ən yüngül çəkidə UFC çempionudur. Onun aktivində 20 qələbə, 4 məğlubiyyət var. Kanadalı 29 yaşlı döyüşçü isə karyerası ərzində 8 qələbə qazanıb, 4 dəfə məğlub olub.

Xəbər lenti