Xəzər Xəbər

Ranqnik "Milan" rəhbərliyindən bu futbolçuları tələb etdi

İdman | 16:01 • 3 İyun 2020
Ranqnik "Milan" rəhbərliyindən

"Milan"ın baş məşqçi olmağa hazırlaşanalman mütəxəssis Ralf Ranqnik planlarını cızmağa başlayıb.

XəzərXəbər xəbər verir ki, 61 yaşlı mütəxəssis klubun baş meneceriİvan Qazidis və sahibi Pol Sinqerlə transferləri müzakirə edib. Ranqnik öz sistemini qurmaq üçün rəhbərlikdən 5 transferin reallaşmasını istəyib

Alman mütəxəssis "Fiorentina"nın müdafiəçisi Nikola Milenkoviç, PSV-nin cinah oyunçusu Danzel Dumfirs, "Benfika"nın yarımmüdafiəçisi Florentinu Luiş, "Zalsburq"un orta sahə futbolçusu Dominik Soboslai və "Real"ın hücumçusu Luka Yoviçi sərəncamında görmək istədiyini bildirib.

Ralf Ranqnikin "Milan"dakı köməkçilərinin Aredo Brayd və Daniele Boneranın olacağı gözlənilir.

Xəbər lenti

Çox oxunanlar