Xəzər Xəbər

Tarix açıqlandı: İyulun 5-də...

İdman | 17:53 • 28 May 2020
Tarix açıqlandı:

"Formula-1” üzrə dünya çempionatı Qran-Prilərinin yeni təqvimi açıqlanıb.

XəzərXəbər-in xəbərinə görə, koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır.

İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız "Formula-2"nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq "Formula-1”in də həmin vaxt ölkəmizdə baş tutmasını nəzərdə tutur.

Dünya çempionatının Avropa bölümünün yekun təqviminin iyunun 1-də açıqlanması gözlənilir. Hazırkı duruma əsasən təqvim aşağıdakı kimi formalaşıb:

5 iyul – Avstriya

12 iyul – Avstriya

19 iyul - Macarıstan

2 avqust – Böyük Britaniya

9 avqust – Böyük Britaniya

16 avqust – İspaniya

30 avqust – Belçika

6 sentyabr – İtaliya

20 sentyabr – Azərbaycan

27 sentyabr – Rusiya

4 oktyabr - Çin

11 oktyabr - Yaponiya

25 oktyabr - ABŞ

1 noyabr - Meksika

8 noyabr - Braziliya

22 noyabr - Vyetnam

29 noyabr – Bəhreyn

6 dekabr - Bəhreyn

13 dekabr – BƏƏ.

Qeyd edək ki, əvvəlki mərhələlər, o cümlədən Azərbaycan Qran-Prisi koronavirus səbəbindən baş tutmayıb. Bəzi yarışlar ləğv edilib, bəziləri təxirə salınıb. (Apasport)

Xəbər lenti

Çox oxunanlar