"Breşiya"nın prezidenti Massimo Çellino komandanın hücumçusu Mario Balotelli ilə yolların ayrılacağıqnıdeyib.
Buna səbəb Qana əsilli italiyalı hücumçunun komandanın məşqlərinə qatılmamasıdır. Klub rəhbəri yayda 29 yaşlı hücumçunun komandada qalmayacağını söyləyib:
"Balotelli məsələsində məyusuq. Bu barədə çox danışıldı. Qərib insandır, ağlı bizdə deyil. Onu mətbuat üçün deyil, komandaya fayda verəcəyini düşünüb almışdıq. O, komandada qalmayacaq".
Balotelli bu mövsüm 19 oyunda 5 qol vurub. Hücumçu daha öncə "İnter", "Milan", "Mançester Siti", "Liverpul", "Nitsa" və "Marsel" kimi klublarda çıxış edib.