Xəzər Xəbər

"Barselona", yoxsa "Yuventus"? - Qərarını verdi

İdman | 14:51 • 28 May 2020
"Barselona", yoxsa "Yuventus"? - Qərarını verdi

"Barselona"nın yarımmüdafiəçisi Artur komandadan ayrılmaq niyyətində deyil.


"Mundo Deportivo" xəbər verir ki, Arturun atası və təmsilçisi ötən bazar günü "Yuventus"un idman direktoru Fabio Paratiçi ilə əlaqə saxlayaraq oğlunun "Barselona"da qalmaq qərarına gəldiyini onun nəzərinə çatdırıb.


Bazar ertəsi 23 yaşlı futbolçu, onun atası, katalon klubunun idman direktoru Erik Abidal və Abidalın müavini Ramon Planes arasında görüş baş tutmuşdu. Görüş zamanı Artur rəhbərliyi istəyi barədə məlumatlandırıb.


Daha əvvəl Arturun Miralem Pyaniç qarşılığında "Yuventus"a keçəcəyinə dair xəbərlər yayılmışdı.


Fanat.Az

Xəbər lenti