Xəzər Xəbər

“Herta” klubunun yeni baş məşqçisi müəyyənləşib

İdman | 09:29 • 10 Aprel 2020
“Herta” klubunun yeni baş məşqçisi müəyyənləşib

Almaniyanın "Herta” futbol klubunun yeni baş məşqçisinin adı məlum olub.

Xezerxeber.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Bruno Labbadia çalışdıracaq. O, bu vəzifədə Aleksandr Nurini əvəzləyib.

Əlli dörd yaşlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Almaniyalı məşqçi daha əvvəl "Bayer”, "Hamburq”, "Ştutqart” və "Volfsburq” klublarını çalışdırıb.

Xəbər lenti