Xəzər Xəbər

Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb

İdman | 15:12 • 5 Aprel 2020
Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb

Dünya Güləş Birliyi qadın güləşçilərin yeni Olimpiya reytinq siyahısını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, reytinq siyahısının ilk onluğunda bir güləşçimiz yer alıb. Belə ki, ikiqat dünya çempionu Mariya Stadnik (50 kq) 60 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunlarına qadın güləşçilərimizdən yalnız M.Stadnik lisenziya qazanıb.

Xəbər lenti