Xəzər Xəbər

Rummenigge: “Almaniyada bütün klublar mövsümü davam etdirməyə razıdır”

İdman | 13:36 • 5 Aprel 2020
Rummenigge: “Almaniyada bütün klublar mövsümü davam etdirməyə razıdır”

"Almaniya Futbol Liqası vəziyyəti nəzarətdə saxlayır. Qurumun prezidenti nümunəvi iş aparır”.

Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın "Bavariya” klubunun İdarə Heyətinin rəhbəri Karl-Hayns Rummenigge deyib.

O bildirib ki, Bundesliqa klubları koronavirus pandemiyası üzündən dayandırılan mövsümü davam etdirməyə hazırdır: "Hər şey harmonik və həmrəylik şəklindədir. Belə asan olmayan vaxtda güclülərin zəiflərə dəstək verməsi çox vacibdir. Biz kiçik klublara kömək etməyə çalışırıq. Almaniyada bütün klublar hətta iyunun 30-dan sonra olsa da, mövsümü davam etdirməyə razıdır”.

Qeyd edək ki, UEFA mövsümü başa çatdırmaq üçün son tarix kimi avqustun 3-nü müəyyənləşdirib.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti