Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İspaniyada daha bir pis xəbər "Barselona” klubundan gəldi.
La Liqa nəhənginin vitse-prezidenti Jordi Kardonerin koronavirus testinin nəticəsinin pozitiv çıxdığı məlum olub.
Qeyd edək ki, 57 yaşlı Kardoner bu həftə klubun koronavirus siyasətini açıqlayaraq, evdə qalmağın vacibliyinə diqqət çəkmişdi.