Xəzər Xəbər

Baş məşqçi maaşının azaldılmasına razı oldu

İdman | 12:50 • 23 Mart 2020
Baş məşqçi maaşının azaldılmasına razı oldu

Norveç millisinin baş məşqçisi Lars Laqerbek məvacibinin 20 faiz azaldılmasına razılıq verib.

O, aprel ayından etibarən maaşını 20 faiz güzəştlə alacaq. Bu barədə TMW məlumat yayıb.

71 yaşlı isveçli mütəxəssisin belə bir qərar verməsinə bütün dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar yaranmış böhran səbəb olub. Laqerbekin rəhbərlik etdiyi məşqçilər korpusunu digər üzvləri də müqavilələrinin sonuna kimi eyni qaydada güzəştə razı olublar.

Qeyd edək ki, Laqerbek 2017-ci ildən Norveç yığmasının baş məşqçisidir.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti