Xəzər Xəbər

Bu ölkələr Olimpiadaya idmançılarını göndərməyəcəklərini açıqladı

İdman | 12:22 • 23 Mart 2020
Bu ölkələr Olimpiadaya idmançılarını göndərməyəcəklərini açıqladı

Kanada və Avstraliya öz idmançılarını Olimpiadaya göndərməyəcək.

Bu barədə hər iki ölkənin Milli Olimpiya Komitələri bəyanat yayıb.

Kanadanın Milli Olimpiya və Milli Paralimpiya Komitələrinin yaydığı birgə bəyanatda idmançıların sağlamlığının hər şeydən vacib olduğunu və bu yarışa idmançılarını göndərməyəcəklərini bildirib.

Avstraliyanın Tokio Olimpiadası üçün Şef de Misyon rəhbəri Yan Çestermən və həmin ölkəmin Milli Olimpiya Komitəsinin rəhbəri Met Karol isə açıqlamalarında bildirib ki, iyulda bu yarış keçirilə bilməz. Karolun sözlərinə görə, artıq idmançılar 2021-ci ildə keçiriləcək Olimpiadaya hazırlaşmalıdır.

Xatırladaq ki, bir ay müddətinə Olimpiadanın təxirə salınıb-salınmaması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi qərar çıxaracaq.

Xəbər lenti