İspaniyanın "Real Madrid" futbol klubunun sabiq prezidenti Lorenso Sanz 76 yaşında koronavirusdan dünyasını dəyişib.
Bu barədə yerli "Marca" qazeti xəbər verib.
Lorenso Sanz 1995-2000-ci illərdə "Real Madrid"in prezidenti olub və bu müddətdə klub iki dəfə (1998, 2000) Çempionlar Liqasını qalibi adını qazanıb. O, həmçinin İspaniyanın "Malaqa" klubunun sahibi idi.