Xəzər Xəbər

“Çinli Maradona” koronavirusa yoluxub

İdman | 16:48 • 21 Mart 2020
“Çinli Maradona” koronavirusa yoluxub

İspaniyanın "Espanyol” futbol klubunun yarımmüdafiəçisi U Ley koronavirusa yoluxub.

Bu barədə sport.es nəşri xəbər yayıb.

Klub rəsmi şəkildə bəyan edib ki, altı futbolçuda test müsbət nəticə verib. Bununla belə, onların adları açıqlanmayıb. Mənbə bildirib ki, yoluxanlardan biri çinli Leydir. Bundan başqa, Leandro Kabrerada COVID-19-a yoluxma təsdiqlənib.

Beləliklə, U Ley ilk çinli idmançıdır ki, koronavirusa yoluxduğu məlum olub.

Xəbər lenti