"Trabzonspor" yarımmüdafiəçisiCon Obi Mikellə yollarını ayırıb.
XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçununmüqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Nigeriyalı futbolçunun müqaviləsi 2021-ci ilin yayında bitirdi.
Obi Mikel 2019-cu ildən "bordo-mavililər"də çıxış edirdi. O,bu mövsüm 27 oyun keçirib.