Xəzər Xəbər

"Yuventus"un daha bir futbolçusunda koronavirus aşkarlandı

İdman | 15:52 • 18 Mart 2020
"Yuventus"un daha bir futbolçusunda koronavirus aşkarlandı

"Yuventus" futbol komandasının yarımmüdafiəçisi və Fransa yığmasının üzvü Blez Matyuidiyə koronavirus diaqnozu qoyulub.

Daha əvvəl "Yuventus"un müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.

Bundan sonra "Yuventus"un aralarında futbolçular, personal, rəhbərlik və klubun başqa işçiləri olan 121 əməkdaşı könüllü karantinə gedib. İtaliya çempionatı koronavirus epidemiyasına görə dayandırılıb.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.

Xəbər lenti

Çox oxunanlar