Xəzər Xəbər

Futbol üzrə Avropa çempionatının yeni tarixi bilindi

İdman | 18:42 • 17 Mart 2020
Futbol üzrə Avropa çempionatının yeni tarixi bilindi

UEFA-nın futbol üzrə Avropa çempionatınıbir il sonra hansı tarixə keçirdiyinə aydınlıq gəlib.

Norveç Futbol Federasiyası 2021-ci ildə keçiriləcək Avropa çempionatının tarixini də açıqlayıb.

Belə ki, bir il sonra keçiriləcək qitə çempionatı 11 iyun-11 iyul tarixlərində baş tutacaq.

Qeyd edək ki, daha əvvəl bu yarışın 2020-ci il 12 iyun-12 iyul tarixlərində keçirilməsi planlaşdırılıb. Lakin koronavirus pandemiyasına görə UEFA yarışın vaxtını dəyişib.

Xəbər lenti