Xəzər Xəbər

Avropa Olimpiya təsnifat turnirində dörd boksçumuz rinqə çıxacaq

İdman | 12:57 • 16 Mart 2020
Avropa Olimpiya təsnifat turnirində dörd boksçumuz rinqə çıxacaq

Londonda boks üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.

Xezerxeber.az xəbər verir ki, martın 16-da - turnirin üçüncü günündə Azərbaycan millisinin dörd üzvü rinqə çıxacaq.

Komandamızın üzvlərindən Rüfət Hüseynov (52 kq) və Lorenzo Sotomayor (69 kq) ilk görüşlərini keçirəcəklər. L.Sotomayor onaltıdabir finalda Dmitri Qalaqot (Moldova), R.Hüseynov səkkizdəbir finalda Mücahit İlyas (Türkiyə) ilə qarşılaşacaqlar.

Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) turnirdə ikinci qarşılaşmalarını keçirəcəklər. T.Əliyev səkkizdəbir finalda litvalı Edqaras Skurdelis, K.Şahsuvarlı isə onaltıdabir finalda dünya və Avropa çempionu, həmçinin Avropa Oyunlarının qalibi ukraynalı Aleksandr Xijnyak ilə üz-üzə gələcəklər.

Xəbər lenti