Xəzər Xəbər

“Yuventus” klubunun futbolçusu koronavirusa yoluxub

İdman | 16:58 • 12 Mart 2020
“Yuventus” klubunun futbolçusu koronavirusa yoluxub

İtaliyanın "Yuventus” klubunun italiyalı müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.


Xezerxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, futbolçunun koronavirusla bağlı testlərinin nəticələri müsbət çıxıb. Klub futbolçunun müalicə xərclərini öz üzərinə götürüb. Həmçinin son bir neçə gündə futbolçu ilə təmasda olanlar şəxslər müəyyənləşdirilir.


Xatırladaq ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus hazırda 121 ölkədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun əhatə dairəsinin genişlənməsini nəzərə alaraq ötən gün pandemiya elan edib.

Xəbər lenti