PSJ-nin futbolçusu Kilian Mbappe xəstələndiyi üçün 2 gün məşqlərə qatılmayıb.
"L'Equipe" nəşri xəbər verir k, klub rəhbərliyi narahat olduğu üçün boğaz ağrısından əziyyət çəkən futbolçunukoronavirus testindən keçirib. Lakin testlərin cavabı müsbət çıxmayıb.
21 yaşlı fransalı hücumçunun Çempionlar Liqasının 1/8 finalında Dortmund "Borussiya"sı ilə cavab matçında meydana çıxıb-çıxmayacağı sual altındadır.