Xəzər Xəbər

"Mançester Yunayted"də qalmağa qərar verdi

İdman | 13:20 • 11 Mart 2020
"Mançester Yunayted"də qalmağa qərar verdi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiç gələcək karyerası ilə bağlı qərar verib.

Serb yarımmüdafiəçisi "qırmızı şeytanlar"la müqaviləsini uzadacaq. Mançesterlilərin baş məşqçisi Ole Qunnar Sulşayer 31 yaşlı futbolçunu komandada saxlayacaqlarını açıqlayıb:

"Matiçlə müqavilə məsələsini danışmışıq. Komandada qalacağı dəqiqdir".

Matiç bu mövsüm 22 oyunda 1 qol vurub, 2 assist edib.

Xəbər lenti