Xəzər Xəbər

Avro-2020 təxirə salınmayacaq UEFA

İdman | 11:11 • 11 Mart 2020
Avro-2020 təxirə salınmayacaq

"Avropa çempionatının vaxtının koronavirusa görə dəyişdirilməsi üçün səbəb yoxdur”.

UEFA-nın yazılı açıqlamasında belə deyilir. Bildirilib ki, UEFA koronavirus təhlükəsi ilə bağlı müvafiq beynəlxalq və yerli qurumlarla əlaqə saxlayır. "Turnirin planlaşdırılan cədvəlində nəyisə dəyişməyə ehtiyac yoxdur” - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Avro-2020-nin təxirə salınması ilə bağlı milli futbol federasiyalarının UEFA-ya müraciət etdiyinə dair xəbərlər yayılmışdı. 12 iyun - 12 iyulda keçirilməsi nəzərdə tutulan Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbər lenti