Xəzər Xəbər

Arsenal”da ciddi itki: Aparıcı futbolçu mövsümü erkən bitirdi

İdman | 15:23 • 10 Mart 2020
Arsenal”da ciddi itki:

İngiltərənin "Arsenal” klubunun futbolçusuLukas Toreyra zədələnmə ucbatından uzun müddətə sıradan çıxıb.

"Portsmut”la kubok qarşılaşmasında zədələnən uruqvaylı mərkəz yarımmüdafiəçisi tibbi müayinədən keçib.

Sağ topuq nahiyəsində qırıq aşkarlanan 24 yaşlı oyunçunun ən azı 8-10 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Onun mayın 10-da sıraya dönəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Toreyra üçün mövsüm başa çatıb.

Qeyd edək ki,"Arsenal”ın 2:0 qalib gəldiyi həmin matçda Lukas Toreyra 16-cı dəqiqədə ispaniyalı Dani Sebalyosla əvəzlənmişdi. Onu meydandan xərəklə aparmışdılar.

Qeyd edək ki, "Arsenal”da hazırda Kalum Çambers, Sead Kolaşinats, Şkodran Mustafi və Sedrik Suares də zədəlidir./oxu.az

Xəbər lenti