Xəzər Xəbər

"Kristal Pelas"ın Cenk Tosun planı

İdman | 15:06 • 10 Mart 2020
"Kristal Pelas"ın Cenk Tosun planı

Cenk Tosun zədə səbəbindən icarə əsasında çıxış etdiyi "Kristal Pelas"dan müqavilə ilə məxsus olduğu "Everton"a qayıdıb.

"Evening Standard" xəbər verir ki, London klubunun türk hücumçu ilə bağlı planı var. "Qartallar" qısa müddətdə Cenkin performansından razı qaldığı üçün onu yayda transfer etməyə çalışacaq. London təmsilçisi 29 yaşlı hücumçunu transfer etmək üçün "Everton"la danışıq aparacaq.

Cenk Tosun zədə səbəbindən Avropa çempionatında Türkiyə millisinə kömək etməyəcək. Hücumçu "Kristal Pelas"da 5 oyunda 1 qol vurub.

Xəbər lenti