Xəzər Xəbər

"Yuventus" Dibalanın müqaviləsini uzadır

İdman | 15:02 • 10 Mart 2020
"Yuventus" Dibalanın müqaviləsini uzadır

"Yuventus" hücumçusu Paulo Dibalanın müqaviləsini uzatmağa hazırlaşır.

Turin klubunun argentinalı oyunçuya 5 illik müqavilə təklif edib. Dibala sazişə razılıq versə, illik maaşı 10 milyon avro olacaq.

"Yuventus" 26 yaşlı futbolçunu 2015-ci ildə "Palermo"dan 40 milyon avroya transfer edib. Dibala bu mövsüm 33oyunda 12qol vurub, 4 assist edib.

Xəbər lenti