Xəzər Xəbər

Loris Kariusun əvəzinə İbrahim Şehiç?

İdman | 10:43 • 10 Mart 2020
Loris Kariusun əvəzinə İbrahim Şehiç?

"Beşiktaş"ın qapıçısı Loris Karius mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Liverpul"a qayıdacaq. Bu səbəbdən də İstanbul təmsilçisi qapıçı axtarışına çıxıb.

"Qara qartallar" I Liqa təmsilçisi Ərzurumspor"un qapıçısı İbrahim Şehiçi hədəfə alıb. Bosniyalı qolkiperin agenti Fatih İlek 31 yaşlı əlcək sahibinin Super Liqanın böyük klublarından təklif aldığını mətbuata açıqlayıb.

Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi.

Xəbər lenti