Xəzər Xəbər

Rəşad Sadıqov karyerasını başa vurur

İdman | 10:34 • 10 Mart 2020
Rəşad Sadıqov karyerasını başa vurur

Mövsüm başa çatdıqdan sonra Rəşad Sadıqov karyerasını başa vuracaq.

Bu məlumatı baş məşqçi "Qurban Qurbanov da təsdiqləyib. "Keşlə" – "Qarabağ" oyunundan sonra mətbuat konfransında Ağdam klubunun baş məşqçisi komandanın kapitanının gedişi haqda belə deyib:

"Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım. Hətta ona 2 illik müqavilə təklif elədik, razı olmadı. Bir illik uzatmaq istədi. Sonda qərara gəldik ki, bu mövsüm oynasın, sonra karyerasını bitirsin. Rəşadın böyük potensialı var. Belə potensiallı insanlara güvənmək mənim üçün sevindiricidir".

Xəbər lenti