Xəzər Xəbər

Premyer Liqa klubu satışa çıxarıldı

İdman | 15:45 • 9 Mart 2020
Premyer Liqa klubu satışa çıxarıldı

İngiltərənin "Sauthempton" futbol klubu satışa çıxarılıb.

"The Times" nəşri xəbər verir ki, klubun sahibi Yao Çzişen kluba 250 milyon funt-sterlinq qiymət qoyub. Çinli iş adamı "Sautgempton"dakı hissələrinin 80 faizini satmaq niyyətindədir.

"Sautgempton" klubunun əsası 1885-ci il noyabrın 21-də qoyulub. Komanda 135 illik tarixi ərzində bir dəfə (1983-1984) Premyer Liqanın gümüş medalını və ölkə kubokunu (1976) qazanıb. Klubun avrokuboklardakı ən böyük uğuru isə 1976-1977 mövsümündə UEFA kubokunda 1/8 final mərhələsinə yüksəlmək və 2016-2017 mövsümündə Avropa Liqasının qrupuna düşmək olub.

Qeyd edək ki, "Sautgempton" 29 oyundan sonra 34 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər lenti